“Biz rusiyalıları Ukraynanın tam qələbəsinədək öldürmüşük və öldürəcəyik…”

“Biz rusiyalıları Ukraynanın tam qələbəsinədək öldürmüşük və öldürəcəyik…”

“Ukraynanın qələbəsi Krım azad edilmədən mümkün deyil…”

 

“Vaqner” bizim düşmənimizdir, amma bu düşmənə görə xəcalət çəkmirik…”

 

“Rusiyanın Ukrayna ərazisində ciddi hücumu üçün nə hərbi, nə iqtisadi, nə də siyasi potensialı var…”

 

Rusiyada “terrorçuluq” adlanan Ukraynada azad edilmə adlanır.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi “Yahoo News” nəşrinə müsahibəsində bəyan edib.

 

Bu müsahibədən üç gün öncə belə bir informasiya yayılıb ki, Moskvada Lefortovo rayon məhkəməsi Budanovu Kerç körpüsü işi üzrə qiyabi olaraq həbs edib. Ona qarşı, guya, dörd maddə üzrə ittiham irəli sürülüb, onların arasında “terrorçu birliyin” yaradılmasıdır.

 

Budanov qeyd edib ki, onu Rusiya 2016-cı ildən terrorçuluqda ittiham etməyə cəhd edir, “bu, ona görə olmayıb ki, mən ağlımı itirmişəm və Moskvada adamları qətlə yetirməyə başlamışam”, ona gorə ki, “onlar 2014-cü ildə ölkəmizə soxulub”.

 

Ukrayna hökuməti və ya BKİ-nin “rus dünyası”nın ideoloqu Aleksandr Duqinin qızı Daryanın avtomobilinin partladılmasında əli olması barədə ehtimalı şərh edərkən Budanov deyib:

 

“Bu mövzunu davam etməyin. Mənim şərh edəcəyim budur ki, biz rusiyalıları Ukraynanın tam qələbəsinədək öldürmüşük və öldürəcəyik”.

 

“Rusiyanın Ukrayna ərazisində haradasa ciddi hücum üçün nə hərbi, nə iqtisadi, nə də siyasi potensialı var”

 

İşğalçılar “ciddi müdafiə əməliyyatları aparmağa tamamilə qadirdir”, – o, deyib.

 

Lakin, onun sözlərinə görə, “bu gün Rusiyanın Ukrayna ərazisində haradasa ciddi hücum cəhdi üçün nə hərbi, nə iqtisadi, nə də siyasi potensialı var”.

 

Budanov hesab edir ki, Rusiya öz raket ehtiyatlarını, “demək olar ki, sıfırlayıb”, ona görə də işğalçılar onları toplayaraq “hazır vəziyyətdə” saxlamağa çalışır ki, Ukraynanın əkshücumunu pozmağa cəhd etsin.

 

Baş Kəşfiyyat İdarəsinin rəisi əmin olduğunu ifadə edib ki, 2014-cü ildə işğal edilmiş Krım “azad ediləcək, çünki Ukraynanın qələbəsi “Krım azad edilmədən mümkün deyil”.

 

“Vaqner qrupu” özəl hərbi şirkəti bizim düşmənimizdir, amma bu düşmənə görə xəcalət çəkmirik”

 

Budanov deyib ki, Rusiyanın dünyada cinayətkar təşkilat kimi tanınan “Vaqner qrupu” özəl hərbi şirkəti muzdlularının hazırlıq səviyyəsi işğalçı ölkənin bütün digər hərbi birləşmələrindən yüksəkdir.

 

Onun sözlərinə görə, Rusiynın nizami qoşunlarından fərqli olaraq, “Vaqner” hazırlıqla məşğuldur”, “hətta Rusiya həbsxanalarından cəlb edilənlər də xidmətə hazırlanır, ona görə də nəticələr adi nizami ordusundan xeyli yaxşıdır”.

 

“Onlar bizim düşmənlərimizdir, lakin etiraf etmək lazımdır ki, bu düşmənə görə xəcalət çəkmirik. Onları Rusiyanın nizami qoşunlarının səviyyəsi ilə müqayisə etmək olmaz”, – Budanov vurğulayıb.

Mənbə

Share: