“Bizi qoyun sürüsü kimi bura sürdülər…”- Səfərbər olunanlar çadırsız qarlı çöldə…-VİDEO

Rusiyada qismən səfərbərlik davam edir. İnternet şəbəkələrində Perm ərazisindən səfərbər olunanların  600 kilometrdən çox məsafəyə guya “təlimə” aparılaraq yalnız çadırsız və quru yeməklər olmadan qarlı bir sahəyə atılması barədə məlumatlar yayılıb.  

 

Moderator.az  İsrail mediasına istinadla xəbər verir ki, bu haqda məlumatlar “VKontakte” sosial şəbəkəsində “ÇP Berezniki” qrupunda yer alıb. 

 

Videoda səfərbər edilmiş insanların qarla örtülmüş çöldə öz əlləri ilə od qalamağa məcbur edildiyi göstərilir. Videonun müəllifi iddia edir ki, yeni çağırılmış əsgərlər hətta təlim mərkəzinə aparılmadan avtobusdan düşürülüblər…

 

Sentyabrın 29-da səhər saat 8 radələrində səfərbər olunmuş şəxsləri avtobusda əşyaları ilə birlikdə gecələməli olduqları barədə xəbərdarlıq edilərək  azı,  -7-8 dərəcə şaxta olan qarlı çölə düşürüblər.

 

“Bax, belə, uşaqlar. Biz səfərbər olanlar  çölə gəldik. Maşınlardan boşaltdılar… Heç nə yoxdur… Od yandırırıq…” -deyə ehtiyat tibb xidmətinin baş leytenantı danışır.

 

“Sabah səhərə qədər söz verdilər. Hətta içərisində soba olan çadır da vermədilər. Çölə atdılar… Heç kəsin vecinə deyil… Avtobus da çıxıb getdi. Heç kimə lazım deyilik. Heç nə yoxdu.  Quru ərzaq payı da yoxdu… Bizi qoyun sürüsü kimi buraya sürdülər. Sakitcə özümüz-özümüzü səfərbər edirik. Ağsaqqalları seçirik, qrup təşkil edirik. Vəssəlam”, – videonun müəllifi, Bereznikov doğum evinin anestezioloq-reanimatoloqu Dmitri Sekarin belə  deyir.

 

Sultan Laçın

Mənbə

Share: