Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə polşalı həmkarı Anjey Duda ilə birgə mətbuat konfransı keçirib.
Modern.az xəbər verir ki, jurnalistlər Zelenskidən Rusiyanın Kiyevə raket hücumlarını bərpa edəcəyi təqdirdə Ukraynanın necə reaksiya verəcəyini soruşublar.
Prezident cavabında belə məsələlərin həm mürəkkəb, həm də sadə olduğunu bildirib.
“Bir Prezident kimi mənim üçün və hər bir ukraynalı üçün Kiyev, Çerniqov, Donbas eynidir. Bu yerlərin hər birində ukraynalı yaşayır. Cavab bu şəhərlərdəki kimi olacaq. Bizi vursalar, ikiqat reaksiya, güclü cavab alacaqlar”, – deyə Zelenski vurğulayıb.