“Azərbaycanın İtaliya ilə əla münasibətləri var”.
Bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.
Dövlət başçısı bildirib: “İtaliya ilə bizim ikitərəfli münasibətlərə gəldikdə, mən onları əla münasibətlər adlandırardım. Biz İtaliyanın yeni hökuməti ilə bu strateji istiqamətdə işləmək üçün nə mümkündürsə edəcəyik”.