“Bizim vəzifəmiz düşmənin imkan daxilində daha çox əsgərini məhv etməkdir…”

“Bizim vəzifəmiz düşmənin imkan daxilində daha çox əsgərini məhv etməkdir…”

“Ukrayna ordusunun qanını alıb əldən salmalıyıq, amma bu o demək deyil ki, biz döyüşçülərə hörmət bəsləmirik…”

 

“Rusiya ordusu Donbasın daha bir şəhərini yandırılan xarabalığa çevirib…”

 

Priqojin Ukrayna hərbi qulluqçularının igidliyi və qəhrəmanlığını qeyd edib…

 

“Putinin aşpazı” “Vaqner qrupu” özəl hərbi şirkətinin Ukraynada qanlı məqsədlərini açıqlayıb.

 

Moderator.az xəbər verir ki, bu barədə o, “Politnaviqator” nəşrinə müsahibəsində bəyan edib.

 

Rusiya prezidentinə yaxın olan və bu səbəbdən “Putinin aşpazı” adlandırılan rusiyalı sahibkar, “Konkord” şirkətinin və “Vaqner qrupu” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin KİV-lərdə Ukrayna Silahlı Qüvvələrinin 93-cü əlahiddə mexanikləşdirilmiş briqadasının, guya, böyük itkilərlə əlaqədar olaraq Bahmutdan çıxarılması, komandirinin isə ağır yaralanması barədə yayılan informasiyanı şərh edib.

 

Nəşrin “Bu, cəhbədə bundan sonrakı vəziyyətin inkişafına təsir göstərəcəkmi?” sualına Priqojin birbaşa cavab verməkdən yayınsa da, Ukrayna hərbi qulluqçularının igidliyi və qəhrəmanlığını qeyd edib.

 

“93-cü əlahiddə mexanikləşdirilmiş briqadanın itkilərinin vəziyyətin gələcək inkişafına təsir edəcəyini deyə bilmərəm”, – Priqojinin mətbuat xidməti onun sözlərindən iqtibas gətirib.

 

“Şübhəsiz, briqada komandiri cəsarətli insandır. Bizim vəzifəmiz düşmənin imkan daxilində daha çox əsgərini məhv etmək və Ukrayna ordusunu qanını alıb, əldən salmaqdır, lakin bu o demək deyil ki, biz döyüşçülərə hörmət bəsləmirik”.

 

Bu günlərdə Ukrayna prezidenti Vladimir Zelenski Donbasda cəbhənin həlledici istiqamətlərində ağır vəziyyət haqqında bəyan edib, o cümlədən, onun sözlərinə görə, rusiyalılar Bahmutu xarabalığa çevirib.

 

“Donbad cəbhəsindəki vəziyyət həlledici istiqamətlərdə çox ağırdır. Bahmut, Soledar, Marinka, Kremennaya-bu rayonların ərazisində mərmi və atəşlərdən zədələnməyən bir dənə də salamat yer qalmayıb. İşğalçılar faktiki olaraq Bahmutu məhv edib, Donbasın daha bir şəhərini Rusiya ordusu yandırılan xarabalığa çevirib”.

 

Bundan başqa, Ukrayna prezidenti cəbhənin bu istiqamətlərində dayanan və düşmənə itkilər yaşadan əsgər və komandirlərə minnətdarlıq edib.

Mənbə

Share: