
“Moskva ilə Vaşinqton arasında silahların azaldılması haqqında müqaviləyə əsasən Rusiya 5977 nüvə başlığına malikdir…”
“Rusiya Finlandiya ilə sərhəddə strateji bombardmançı təyyarələr yerləşdirib” – İsrailin İmageSat şirkəti
Rusiya Finlandiya ilə sərhəddə nüvə silahı daşıya biləcək Tu-160 və Tu-95 strateji bombardmançı təyyarələr yerləşdirib.
Moderator.az xəbər verir ki, bunu İsrailin Eros müşahidə peykini idarə edən İmageSat İnternational (ISI) şirkəti müəyyən edib.
Şirkət İsrail KİV-lərinə avqustun 12-dən sentyabrın 25-dək çəkilən peyk şəkillərini göndərib.
Şəkillərdə Rusiyanın Kol yarımadasında Finlandiya sərhəddindən 100 km aralıda yerləşən Olenya aviabazası görünür.
Təsvirlərdən göründüyü kimi, avqustun 12-də aviabazada strateji bombardmançılar olmayıb.
Avqustun 21-də 4 ədəd Tu-160, sentyabrın 25-də daha 3 ədəd Tu-95 aşkar edilib.
İmageSat hesab edir ki, təyyarələr Kol yarımadasına Saratov vilayətinin Engels aviabazasından göndərilib (Olenya bazası və onun aviaqrupu Engels-2 şəhərindəki qvardiya aviabazasının 6950-ci bölməsidir).
Engels aviabazasında Rusiyanın Ukraynanın yaxınlığında yerləşən yeganə strateji bombardmançı təyyarələridir.
Qanadlı raketlər və strateji nüvə silahı daşıya bilən bombardmançı təyyarələr Ukraynadakl müharibədə fəal iştirak edib.
Onların nədən Kol yarımadasına köçürülməsi aydın deyil. Bu, Vladimir Putin tərəfindən nüvə şantajı cəhdi ola bilər.
Sentyabrın 21-də öz nitqində o, Qərb ölkələrini açıq şəkildə nüvə silahı ilə təhdid edərək, bunun “blef olmadığını” deyib.
Moskva və Vaşinqton arasında silahların azaldılması haqqında müqavilə çərçivəsində Rusiya 5977 nüvə başlığına maıikdir.
Lakin bu rəqəmə artıq uçotdan çıxan və utilizasiya olunacaq 1500 döyüş başlığı daxildir, bu barədə 2022-ci ilin mart ayında BBC telekanalı məlumat verib.
Yerdə qalan təxminən 4500 döyüş başlığının əksəriyyəti böyük gücə malik strateji nüvə silahı hesab edilir.
Qalanları döyüş meydanında və ya suda istifadə edilən daha az dağıdıcı gücə malik taktiki nüvə silahıdır.
Bütün bunlar o deməkdir ki, Rusiyanın tətbiqə hazır olan bu qədər sayda uzaq mənzilli ballistik raketlərə malikdir.
Ekspertlərin dəyərləndirmələrinə görə, Rusiyanın təxminən 1500 nüvə başlığı, sadəcə, bazalarda, hava limanlarında və ya sualtı qayıqlarda yerləşib.