Blinken Kremlə hücumla bağlı şərh vermədi

ABŞ dövlət katibi Entoni Blinken mayın 3-nə keçən gecə Kremlə pilotsuz uçuş aparatı ilə hücumla bağlı şərh verməyə hazır olmadığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti yazıb.

 

“Mən xəbərləri görmüşəm, sadəcə onları heç bir şəkildə təsdiqləyə bilmirəm. Sadəcə biz bilmirik. Gəlin faktlara baxaq. Faktları bilmədən şərh vermək və ya spekulyasiya etmək çox çətindir”, – Blinken deyib.

 

Qeyd edək ki, Rusiya dünən gecə Kremlə PUA ilə hücum edildiyini açıqlayıb. Moskva hücuma görə Ukraynanı günahlandırır. Kiyev ittihamları rədd edib.

Mənbə

Share: