
“Putinə ultimatum: ya Kreml Laçın yolunu açır, ya da Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxır…”
“Ermənistan-Rusiya münasibətləri yenidən kəskinləşmə mərhələsinə qədəm qoyub. Əvvəlcə hakimiyyətin aşağı eşelonları Laçın dəhlizinə görə Rusiya Federasiyasını və Rusiya sülhməramlılarını günahlandırırdı. Daha sonra Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təzyiqlərdən danışıb. Paşinyan isə dünən hökumətin iclasında belə deyib. “Əgər Rusiya Federasiyası obyektiv və ya subyektiv səbəblərdən Dağlıq Qarabağda sabitliyi və təhlükəsizliyi təmin edə bilmirsə, o, BMT Təhlükəsizlik Şurasında Qarabağdakı Rusiya sülhməramlı qüvvələrə əlavə BMT mandatı verilməsi və ya bölgəyə əlavə çoxmillətli sülhməramlı qüvvələrin göndərilməsi məsələsinin müzakirəsinə başlamalıdır”.
Moderator.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazır.
Nəşrin məlumatında deyilir ki, hər iki halda Rusiya tərəfinin reaksiyası gecikməyib.
“Yalnız münaqişənin iki tərəfi arasında razılıq olduğu halda beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Bu, təkcə Ermənistanla bağlı deyil, həm də Azərbaycanla bağlıdır”, – deyə Peskov bildirib.
“Siyasi dairələr bu gərginlikdən narahatdırlar: belə bir vəziyyət 2020-ci il müharibəsindən əvvəl də mövcud idi. Yeri gəlmişkən, bəzi hökumət mənbələri Paşinyanın Putinə ultimatum verdiyini iddia edirlər: ya Kreml Laçın yolunu açır, ya da Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxır.
Bununla belə, mənbələrimiz bildirir ki, Paşinyan ötən həftə Cermukdakı səfirlərlə görüşündə Makronun onların Ermənistanın zamini rolunu öz üzərinə götürə bilməyəcəyini etiraf edərək ona KTMT-dən çıxmamaq barədə xəbərdarlıq etdiyini söyləyib. Ermənistanın ABŞ-dakı səfiri Makunts əlavə edib ki, ABŞ-ın dövlət katibi Entoni Blinken də belə bir tövsiyə edib”- deyə erməni qəzeti vurğulayır.
Sultan Laçın