
Britaniya xarici işlər naziri Ceyms Kleverli martın 17-18-də Qazaxıstana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in nümayəndəsi Aybek Smadiyarov bildirib.
O, Qazaxıstanın paytaxtı Astanada Prezident Kasım-Jomart Tokayev, Baş nazir Alixan Smailkov və Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Dövlət Katibi Entoni Blinken də Astanaya səfər edib.