ABŞ dövlət katibi Entoni Blinkenin beynəlxalq təşkilati məsələlər üzrə köməkçisi Mişel Sison ABŞ-ın əməkdaşlığa sadiqliyini gücləndirmək üçün həmkarları və BMT rəsmiləri ilə görüşlər keçirmək üçün 22 mart-7 aprel tarixlərində Madaqaskar, CAR, Mavriki, Azərbaycan, Monqolustan, Vyetnam, Tailand və Laosa səfər edəcək.
Modern.az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, Sison martın 22-də Madaqaskarın Antananarivo şəhərinə, martın 24-də CAR-ın Yohannesburq şəhərinə, martın 27-də Mavrikinin Port-Luis şəhərinə səfər edəcək. Dövlət katibinin köməkçisi martın 29-da Azərbaycana – paytaxt Bakıya, daha sonra isə Ulan-Batora, Hanoya, Banqkoka, Ventyana gedəcək.
Qeyd olunub ki, dövlət katibinin köməkçisi Banqkokda olarkən, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının rəsmiləri ilə görüşəcək. Dövlət katibinin köməkçisi səfəri zamanı mövcud və potensial çoxtərəfli əməkdaşlığın aspektləri, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal səhiyyə təhlükəsizliyi də daxil olmaqla transmilli çağırışların həlli barədə müzakirələr aparacaq. Sison həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ-ın namizədi Emi Papanın dəstəklənməsi istiqamətində nitq söyləyəcək.