Blinkenlə Lavrov görüşməyəcək

Blinkenlə Lavrov görüşməyəcək

“ABŞ-da rusiyalı jurnalistlərə vizanın verilməməsi həddi aşmaqdır, bu istehzadır, Vaşinqtona cavab veriləcək”.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib.

 

“Viza verilməməsinə görə məsuliyyət tamamilə ABŞ-ın üzərindədir. BMT Təhlükəsizlik Şurasının tədbirləri çərçivəsində Nyu-Yorkda Rusiya Federasiyası və ABŞ-ın xarici işlər orqanlarının rəhbərləri Sergey Lavrov və Antoni Blinken arasında görüş planlaşdırılmır. Rusiya və ABŞ-ın hazırda xarici işlər nazirləri səviyyəsində müzakirə üçün gündəliyi yoxdur”, – deyə o bildirib.

Mənbə

Share: