BMT Baş Assambleyasının prezidenti Azərbaycana bir daha təşəkkür edib

BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizə sahəsində BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə görə Azərbaycana bir daha təşəkkür edib.

Milletinsesi.az-ın məlumatına görə, bu barədə BMT-nin rəsmi saytında dərc olunan məlumatda qeyd olunur.

Qeyd olunub ki, Baş Assambleya tərəfindən pandemiya ilə bağlı xüsusi iclasın keçirilməsi təklifi pandemiyaya qarşı qlobal öhdəliyi səfərbər etmək üçün həqiqi bir platformadır. Mövcud vəziyyət COVID-19-u məğlub etmək və çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün birlikdə çalışmağın zəruriliyini vurğulayır: “Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycana bu çox vacib xüsusi iclas təşəbbüsünə və bu təşəbbüsə təkan verdiyi üçün təşəkkür edirik”.

Ticani Məhəmməd-Bande əlavə edib ki, xüsusi sessiyanın keçirilməsi pandemiyanı məğlub etmək üçün yarışda əhəmiyyətli irəliləyişlər əldə etməyə yardımçı olacaq.

BMT Baş Assambleyasının prezidenti sonda xəstəlikdən əziyyət çəkənlərin sürətlə yaxşılaşması üçün ən xoş arzularını çatdırıb.

Share: