BMT baş katibi Moskvaya Qələbə üçün gəlir

BMT Baş katibi Antonio Quterreş mayın 9-da Moskvaya səfər edəcək.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Vasili Nebenzya deyib. Onun Moskvada faşizm üzərində qələbə münasibətiylə təşkil edilən tədbirlərdə iştirak edəcəyi vurğulanıb.

Quterreşin Rusiya Prezidenti Vladimir Putin və Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşəcəyi bildirilib.

 

Share: