BMT Hindistanın adının Bharat olaraq dəyişdirilməsi məsələsinə münasibət bildirdi

“BMT, tələb olunarsa, Hindistanın adının Bharata dəyişdirilməsini nəzərdən keçirməyə hazırdır”.

Bu barədə təşkilatın nümayəndəsi Fərhan Haq məlumat verib.

Onun sözlərinə görə, təşkilata bu barədə sorğular daxil olduqdan sonra baxılır.

Haq BMT-nin Türkiyə məsələsində də respublikanın hökuməti tərəfindən göndərilmiş oxşar rəsmi sorğuya cavab verdiyini xatırladıb. Keçən il təşkilat Ankaranın ölkə adının BMT-nin rəsmi sənədlərində “Turkey” kimi deyil, türklərin özlərinin dedikləri kimi – “Türkiye” kimi yazılması ilə bağlı xahişini təmin edib.

 

Hindistanda sentyabrın 5-də Draupadi Murmunun G20-nin şam yeməyinə dəvət göndərdikdən sonra “Hindistan prezidenti” əvəzinə “Bharat prezidenti” olaraq vəzifəsini qeyd etməsi böyük qalmaqal yaratmışdı. Hər iki ad konstitusiyada var və ölkədə fəal şəkildə istifadə olunur, lakin beynəlxalq səviyyədə “Hindistan” adı qəbul edilir.

Mənbə: TASS

Mənbə

Share: