BMT-nin Baş Qərargahında Mahatma Qandinin büstü açılacaq

Dekabrın 14-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında Hindistan milli azadlıq hərəkatının lideri Mahatma Qandinin (1869-1948) büstünün açılış mərasimi keçiriləcək.

 

“Report” TASS-a istinadən xəbər verir ki, tədbirdə Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar və BMT-nin Baş katibi Antoniu Quterreş iştirak edəcək.

 

Xatırladaq ki, ötən cümə axşamı Hindistan BMT Təhlükəsizlik Şurasına sədrliyi qəbul edib. Abidənin açılış mərasimi Hindistanın şuraya sədrliyi ilə əlaqədar xarici işlər naziri Caişankarın BMT-yə səfəri zamanı baş tutacaq.

Mənbə

Share: