“BMT son dərəcə kövrək təşkilatdır və təpədən dırnağadək korrupsiyaya bulaşıb…”
“Dünya daha təhlükəsiz yer deyil və onun əzabları günbəgün artaraq təlaş, qorxu və dəhşət doğurur…”
“İnsanlar imperializmdən, nasizmdən və barbarlıqdan əzab çəkir, onların ləyaqəti ədalətsizlik, istila və tiraniya ilə tapdalanır…”
BMT öz mövcudluğunun mənasını itirib, dünyanın mürəkkəb problemlərini həll etmək iqtidarında deyil, bu da onun islah edilməsinin zəruri edir.
Moderator.az xəbər verir ki, bu barədə Livanın “Əl Mayadeen” nəşri yazıb.
Müəllif BMT-ni çağlayan dünyada istənilən ziddiyyətləri həll etmək üçün “dünya polisi” və təzyiq vasitələri səlahiyyəti olmayan “kövrək və zəif” təşkilat adlandırıb.
BMT-nin baş katibi beş il müddətinə seçilir. O, BMT Nizamnaməsinə riayət edir və bütün dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasını izləyir.
Lakin öz mövcudluğunun 78 ili ərzində Butris Butros-Qalidən başqa (1992-1996-cı illər) bir nəfər ərəb də bu postu tutmayıb. Təşkilat öz baş katibini seçib və seçməkdə davam edir, bu zaman onun dünyanın müxtəlif problemlərini həll edəcəyinə ümid edir.
BMT-nin baş katibi “dünyanın adamıdır”. O, planeti dolaşaraq sülhdən və beynəlxalq təhlükəsizlikdən danışır.
Biz bir nəfər də baş katib tanımırıq ki, səlahiyyət müddəti hər hansı problemlərsiz başa çatmış olsun. O, həmişə bəyanatlar verən, pisləyən və tələb edən olub. Bu zaman o, heç kimə dediyini yeridə bilmir və “başından yuxarı atıla bilmir”.
BMT-yə Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa, Çin və Rusiya başqa olmaqla böyük dövlətlər tərəfindən nəzarət edilir. Onların hamısının veto hüququ var.
Başqalarına gəldikdə, onlar öz fikrini ifadə edə bilər, lakin son qərarın qəbul edilməsinə heç vəchlə təsir göstərmir. Təqdim edilən istənilən qətnaməyə beş əsas ölkələrdən birinin veto qoyması kifayətdir.
Təhlükəsizlik Şurası bəzən müstəqil qərarlar qəbul etməsinə rəğmən, 193 ölkənin daxil oluğu BMT-nin belə imkanı yoxdur. Hər dəfə baş katib təyin ediləndən sonra biz dünyamızı müharibəsiz, qaçqınlarsız, müstəmləkəçilik, işğal və köləlik olmadan görməyə ümid edirik.
Lakin dünya ildən-ilə getdikcə daha aqressiv olur. Məzlum və əsarətdə olan xalqların sayı son illər artaraq maksimum həddə çatıb. Baş katib başda olmaqla BMT heç bir problemi həlk etmək iqtidarında deyil.
Hər gün biz dövlətlərin dağılması, hökumətlərin çökməsi, xalq üsyanları və ya ərazilərin işğalı haqqında eşidirik. Biz dərin ixtilafları, hakimiyyət hərisliyini və qadın və uşsqlara qarşı kütləvi cinayətlərin şahidləri oluruq.
BMT-nin baş katibi bu təhlükəli və ağrılı sui-qəsdləri dayandırmaq iqtidarında deyil. O, həqiqətən heç nə edə bilmir, çünki heç bir təzyiq vasitələrinə malik deyil. Onun “dünya polisi” olmaq səlahiyyəti yoxdur.
O, qatillərə, işğalçılara və müstəmləkəçilərə ittiham irəli sürə bilməz. Baş katib ailə, inkişaf, məşğulluq, müstəqillik, qadın və uşaq hüquqları ilə bağlı qlobal problemlərin hem bir radikal həllini təklif etmir.
Dünya ağlını itirməkdədir, nə baş katib, nə də bəşəriyyətin xilası üçün yaradılmış BMT bunu dayandıra bilmir, çünki heç bir gerçək hakimiyyətə malik deyil. BMT son dərəcə həssasdır və təpədən dırnağadək korrupsiyaya bulaşıb.
Baş Assambleya hər sentyabr ayında toplaşaraq növbəti dəfə insan haqlarına hörmətə, münaqişələrə və rəqabətə din vasitələrlə son qoyulmasına çağırış edir. Və böyük və kiçik ölkələr arasında olan böyük uçurum dünyanın birlikdə çəkdiyi iztirabların səviyyəsini əks etdirir.
Dünya daha təhlükəsiz deyil. Onu təbii fəlakətlər, siyasi “zəlzələlər”, müstəmləkəçi və imperialist dövlətlərin təkəbbürü təlatümlərə düçar edir. Gücün dili dialoq dilini üstələyib.
BMT baş katibliyi son dərəcə uğursuz strategiya yeridir. O, dünyanın istəklərinə, habelə ədalət axtarışında olan zəif və məzlumların arzulə və ümidlərinə cavab vermir. Onlar yerdəyişmələr, istilalar, tiraniya, ədalətsizlik, nifrət və korrupsiya ilə üzləşir.
Beynəlxalq təşkilat insan hüquqlarını qorumalıdır. Dünya daha təhlükəsiz yer deyil və onun əzabları günbəgün artaraq təlaş, qorxu və dəhşət doğurur.
Əgər sülh haqqında əməldə deyil, sözlərdə qayğı göstərəcəksə, Baş katibliyinin mənası nədədir? O, zəiflərin hüquqlarını qoruya bilmir. İnsanlar sionizmdən, imperializmdən, nasizmdən və barbarlıqdan əzab çəkir. Onların ləyaqəti ildən-ilə ədalətsizlik, istila və tiraniya ilə tapdalanır. Onlar öz qanuni hüquqlarından məhrumdur.
Dünyada belə insanlar nə qədərdir? Statustika böyük təəccün doğurur. Baş katib bu barədə eşidəndə xəcalət çəkir. Doğrudanmı dünya yenidən ayağa qalxıb öz “köhnə və geyinilmiş paltarını” çıxarıb atacaqdır?
BMT-nin dünyanın mürəkkəb problemlərini həll etmək iqtidarında olmaması qarşımıza çox vacib sual qoyur: onu islah etmək lazımdırmı? Bu kövrək və zəif təşkilat bu gün kimə fayda verir? Kim bəşəriyyətin qorunması üçün yaradılmış bu ümumdünya təşkilatın saxlanılmasında maraqlıdır?..
Müəllif: Fauzi ibn Hədid