BMT Rusiyanı hərbi cinayətkar hesab etdi! – “Türkiyə dinc əhaliyə diqqətlə yanaşır”

BMT-nin Suriya Araşdırma Komissiyasının Hesabatında Rusiyanın Hava Qüvvələrinin İdlibdə yaşayış məntəqələrinə hücum eləməklə hərbi cinayətlər törətdiyi bildilir.

BMT-nin Suriya üzrə Araşdırma Komissiyası Əsəd hökumətinin Suriyada səhiyyə məntəqələri və dinc əhalini vurmaqla dəfələrlə hərbi cinayət törətdiyini bildirib.

Milletinsesi.az xarici KİV-lərə istinadla xəbər verir ki, bütün bunlar Komissiyanın hesabatında öz əksini tapıb.

Hesabatda həmçinin, deyilir: “Suriya Demokratik Qüvvələrinin (YPG/PKK) nəzarəti altındakı bölgələrdə uşaqlar da daxil olmaqla, dinc əhalinin hüquqları pozulub”.

“Türkiyə dinc əhalinin zərər çəkməməsi üçün çox diqqətli davranır”

BMT-nin Müstəqil Beynəlxalq Suriya Araşdırma Komissiyasının üzvü  Henni Meqalli deyib: “Türkiyə İdlibdə dinc əhalinin zərər çəkməməsi üçün çox diqqətli davranır”.

Share: