BMT Təhlükəsizlik Şurası dekabrın 9-da Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası dekabrın 9-da Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı, 9 dekabr tarixində Ukrayna ilə bağlı açıq iclas keçirəcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə dekabr ayında BMT-yə sədrlik edən Sloveniyanın BMT-dəki Daimi Nümayəndəliyinin mətbuat xidməti bazar günü jurnalistlərə bildirib.

İclasın yerli vaxtla saat 10:00-da başlaması planlaşdırılır. İclasın keçirilməsi üçün Sloveniya, eləcə də Danimarka, Fransa, Birləşmiş Krallıq, Yunanıstan və Koreya Respublikası tərəfindən müraciət edilib.

Share: