BMT TŞ-yə müraciət etsək, Rusiyanın əleyhinə olar

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı sülhməramlılarla bağlı ölkəsinin BMT Təhlükəsizlik Şurasına müraciət edib-etməyəcəyinə aydınlıq gətirib.

 

Modern.az “News.am”a istinadən xəbər verir ki, o, məsələ barədə keçirdiyi mətbuat konfransında danışıb.

 

Paşinyan bunun Rusiyanın əleyhinə olacağını bildirib.

 

“Ermənistanın BMT TŞ-yə müraciəti Rusiyanın əleyhinə olar. Biz buna görə də Rusiyanın müraciət etməli olduğunu deyirik”, – Baş nazir söyləyib.

 

Jurnalistin bunun baş verib-verməyəcəyi barədə sualına isə Paşinyan belə cavab verib:

 

“Bunu indidən demək olmaz. Biz vəziyyətdən yola çıxaraq qərar qəbul edib addım atacağıq. Bu, qaçılmaz olmaya bilər. Amma ola da bilər”.

Mənbə

Share: