BMT Türkiyənin köməyi ilə “Taxıl sazişi” üzrə yeni təkliflər hazırlayıb

BMT Türkiyənin köməyi ilə “Taxıl sazişi”nin bərpası üçün əsas ola biləcək yeni təkliflər hazırlayıb.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Bugünkü danışıqlarımızda “Taxıl sazişi”nin canlandırılması məsələləri prioritet olub. Rusiyanın öz məhsul və gübrələrinin fasiləsiz tədarükü ilə bağlı tələbləri var. Bu müraciətlərə cavab vermək vacibdir. Türkiyənin fəal köməyi ilə BMT “Taxıl sazişi” ilə bağlı yeni təkliflər paketi hazırlayıb. İnanırıq ki, bu, sazişin canlanması üçün yaxşı əsas ola bilər”, – H.Fidan deyib.

Mənbə

Share: