BMT Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək

BMT İnsan Hüquqları Şurası Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək

May ayının 12-də BMT-nin İnsan Hüquqları Şurası Ukraynadakı vəziyyətlə bağlı xüsusi sessiya keçirəcək.

Milletinsesi.az  xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) məlumat yayıb.

Şuraya üzv olan 47 ölkədən 16-sı Kiyevin təşəbbüsü ilə iclasın keçirilməsini dəstəkləyib. Bundan əlavə, Şuranın üzvü olmayan daha 36 ölkə növbədənkənar sessiyanın çağırılmasının lehinə çıxış edib. Növbədənkənar sessiyada Rusiyanın apardığı müharibədən sonra Ukraynada insan haqları müzakirə olunacaq. Aprelin 7-də BMT Baş Assambleyası Ukrayna üzrə xüsusi sessiyası zamanı Rusiyanın İnsan Hüquqları Şurasındakı üzvlüyünü dayandırmaq üçün qətnamə qəbul edib.

Share: