Beynəlxalq Olimpiya Komitəsi (BOK) yeni koronavirusun yayılması ilə əlaqədar digər beynəlxalq idman təşkilatlarının rəhbərləri ilə danışıqlar aparmağı planlaşdırır.
Yaponiya KİV-ləri xəbər verir ki, onlayn danışıqların martın 17-də aparılacağı gözlənilir.
Bu addımın atılmasına səbəb olaraq yeni koronavirusa görə “Tokio-2020” Olimpiya və Paralimpiya oyunları ilə əlaqədar badminton, güləş və beysbol kimi idman növləri üzrə bir sıra seçmə turnirlərin təxirə salınması göstərilir.
Xatırladaq ki, Yunanıstanda start götürən Olimpiya məşəli estafeti bundan cəmi bir gün sonra dayandırılıb.
Həmin telekonfrans zamanı iştirakçıların təxirə salınmış seçmə turnirlərinin təşkili ilə bağlı müzakirələr aparacağı gözlənilir.