
Gürcüstanın Poti şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.
Millətin Səsi.az xəbər verir ki, Azərbaycan millisi yarışı 7 medalla başa vurub.
Yığma komandanın heyətində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq) və Məhəmməd Cəfərov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Yalnız finalda məğlub olan Sübhan Babayevlə (57 kq) Hüseyn Hüseynli (90 kq) gümüş medala yiyələniblər.
Nihat Qasımov (50 kq) və Rza Rzayev (75 kq) isə turniri bürünc mükafatla başa vurub.