Azərbaycan boksçusu Cavid Çələbiyev “Minsk 2019” II Avropa Oyunlarında 1/4 finala vəsiqə qazanıb.
Qol.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Dorin Buska (Moldova) ilə üz-üzə gəlib və qələbə qazanlb – 5:0.
Çələbiyev 1/4 finalda Yordan Rodriqez (Fransa) – Otar Eranosyan (Gürcüstan) cütünün qalibi ilə döyüşəcək.