Boksçumuz gümüş medal QAZANDI

Boksçumuz gümüş medal QAZANDI

Azərbaycan Polşada keçirilən III Avropa Oyunlarında növbəti medalını qazanıb.

 

Modern.az xəbər verir ki, boksçu Məhəmməd Abdullayev komandanın aktivinə daha bir gümüş medal əlavə edib.

 

+92 kq çəki kateqoriyasında finalda böyük britaniyalı Castin Orye ilə qarşılaşan Abdullayev rəqibinə uduzaraq Oyunların ikincisi olub.

 

Qeyd edək ki, Azərbaycan Avropa Oyunlarını ümumilikdə 11 medalla başa vurub. İdmançılarımız 3 qızıl, 2 gümüş, 6 bürünc medal əldə ediblər.

Mənbə

Share: