Bolqarıstanın Baş naziri Rosen Jelyazkov kütləvi etirazlar fonunda və parlamentdə etimad səsverməsi ərəfəsində kabinetinin istefasını elan edib.
Milletinsesi.az xəbər verir ki, bu barədə Bolqarıstanın Milli Televiziyası məlumat yayıb.
Baş nazirin sözlərinə görə, parlamentin dəstəyinə inam və etimadsızlıq səsverməsinin mümkün uğursuzluğuna baxmayaraq, hökumət ictimai gözləntiləri doğrultmaq üçün istefaya getməyə qərar verib.
“Hakimiyyət xalqdan asılıdır və biz etirazçıların səsini eşidirik, onların tələblərinə uyğun hərəkət etməliyik. Vətəndaş etirazlarını qəbul etmək lazımdır”, – Jelyazkov qeyd edib.
Baş nazir vurğulayıb ki, koalisiya son hadisələri müzakirə edib və vətəndaşların mənafeyindən çıxış etmək qərarına gəlib.
Adəm


