“Bolqarıstanın yeni hökuməti martın 6-dək formalaşmalıdır”

“Bolqarıstanın yeni hökuməti martın 6-dək formalaşmalıdır”

Bolqarıstanın Baş naziri Nikolay Denkov bildirib ki, ölkənin hazırkı hökuməti martın 6-da istefa verəcək və o vaxta qədər yeni hökumət artıq formalaşmalıdır.

Bu barədə TASS Bolqarıstan Teleqraf Agentliyinə istinadən məlumat yayıb.

“Mənim niyyətim martın 6-da hazırkı hökumətin istefa verdiyi zaman yeni Nazirlər Kabinetinin hazır olmasını təmin etməkdir”, – o bildirib.

Qeyd edək ki, Nikolay Denkov 6 iyun 2023-cü ildə Bolqarıstanın Baş naziri seçilib və o, martda vəzifəsini Mariya Qabrielə təhvil verməlidir.

Mənbə

Share: