Taksi sürücüsünə maqnitofonun səsini al dediyimizə görə bizi yolun yolun ortasında düşürdü.
Bu haqda Millətin Səsi.az-a Nigar adlı xanım şikayət məktubu göndərib. O bildirib:
11 mayda “Bolt”dan taksi sifariş verdik. Anamla xəstəxanaya əməliyyata gedirdik. Sifariş etdiyimiz taksinin sürücüsü maqnito fona yüksəs səslə qulaq asırdı. Söndürməsini xahiş etdim söndürmədi, səsini azca aldı. Ikinci dəfə anam dedi ki, söndür, əsəbimizə təsir edir. Sürücü Tiblisi prospektində, düz yolun ortasında saxladı ki, düşün, aparmıram sizi, öz maşınımdır,mənə göstəriş verməyin”.
Şikayətçi bunun Bolt taksi şirkətində birinci hadisə olmadığını iddia edərək, işə götürülən sürücülərin narkoloji arayış tələb olunurmu? deyə, sual edir.
Şikayətçi taksi xidmətlərində özbaşınalığa son qoyulması üçün problemin ictimailəşdirilməsini xahiş edir.
Qeyd edək ki, ölkə Prezidenti Ilham Əliyev taksi fəaliyyətinin tənzimlənməsi üçün 2015-ci ildə fərman imzalayıb. Fərmanda bir sıra yeniliklər olub. Yeniliyə əsasən, taksi sürücüsü işləmək istəyən şəxsin yaşı 21 olmalıdır. Bundan başqa, o, mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (icarə, etibarnamə və s.) olan avtonəqliyyat vasitəsini iki ildən artıq müddətdə idarə etməlidir.
Digər bir məqam isə taksi sürücülərinin hazırlığı ilə bağlıdır.
Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.