Boreldən Çinlə bağlı vacib AÇIQLAMA

Boreldən Çinlə bağlı vacib AÇIQLAMA

“Pekin Moskvanı Ukraynadan qoşunlarını çıxarmağa və müharibəni dayandırmağa inandırmaq üçün Rusiyaya təsirindən istifadə etməsə, Avropa İttifaqı Çinlə “normal münasibətlər” inkişaf etdirə bilməz”.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib.

 

Qeyd edək ki, “Bloomberg” nəşri Qərblə Çinin münasibətləri konstekstində məlumat yayıb ki, Tayvan Çinin potensial işğalını dəf etmək üçün ABŞ-dan 400-ə qədər “Harpoon” raketi alacaq. Aprelin 7-də Pentaqon 400 gəmi əleyhinə raket üçün 1,17 milyard dollarlıq müqavilə imzalandığını açıqlayıb, lakin alıcı kimi Tayvanı adı qeyd olunmayıb.

Mənbə

Share: