Boris Conson Rişi Sunakı baş nazir kimi təbrik etdi

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson eks-maliyyə naziri Rişi Sunakı hökumət başçısı vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, Conson bu haqda tvitter hesabında yazıb:

“Rişi Sunakı bu tarixi gün münasibətilə təbrik edirəm. İndi Mühafizəkarlar Partiyasının hər bir üzvü üçün yeni baş nazirimizə tam və səmimi dəstək vermək anıdır”.


Xatırladaq ki, Rişi Sunak Boris Consona etimadsızlıq və rəhbərlik üsulları ilə razılaşmadığı üçün istefa verən ilk kabinet üzvlərindən biri olub. Sunakın Consonun kabinetindən istefa verməsi Britaniya hökumətində bir sıra nazirləri də eyni addım atmağa söv etmişdi. Ümumilikdə 60-a yaxın məmur vəzifəsini tərk etmişdi. Nəticədə Conson özü istefa verdiyini açıqlamağa məcbur olmuşdu.

 

Bu gün Britaniya kralı III Çarlz Sunakı ölkənin yeni lideri kimi təsdiqləyib və ona hökuməti qurmağı tapşırlb.


Bazar ertəsi Rişi Sunak Britaniyanın hakim Mühafizəkarlar Partiyasının rəhbəri seçilib. Sunak bu il Britaniyanın üçüncü baş naziri olacaq. İyul ayında Boris Conson baş nazir postunu tərk edib.


Sentyabr ayında onun yerinə seçilən Liz Truss 44 gündən sonra iqtisadiyyatı dəstəkləmək üçün yeni planla bağlı tənqidlərlə üzləşdikdən və hökumətin onu həyata keçirmək üçün dövlət borcunu artıracağından qorxaraq istefa verib.

Mənbə

Share: