Borrel koronavirusa yoluxdu, Çinə səfəri təxirə düşdü

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel 13 aprel üçün nəzərdə tutulan Çinə səfərini təxirə salıb.

Bu barədə Borrel özünün “Twitter” hesabından xəbər verib.

O, səfərinin təxirə düşməsinə səbəb kimi koronavirusa yoluxmasını göstərib.

“Özümü yaxşı hiss edirəm və heç bir simptom yoxdur”, – deyə o əlavə edib.

Mənbə

Share: