Borrel Ukraynaya qırıcılar verilməsini istisna etmir

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Ukraynaya qırıcı təyyarələrin tədarükünü istisna etməyib.

 

Modern.az “Unian”a istinadən xəbər verir ki, Aİ-nin baş diplomatı bunun mümkünlüyünə işarə edib.

 

Onun sözlərinə görə, ABŞ və digər ölkələrin bu məsələdə təmkinli mövqeyinə, həmçinin Aİ-yə üzv dövlətlər arasında ciddi fikir ayrılıqlarına baxmayaraq, Kiyevin hələ də onları ala biləcəyi istisna edilmir.

 

Borrel əlavə edib ki, döyüş tankları ilə bağlı vəziyyət də əvvəlcə mübahisəli olsa da, sonradan bu “qırmızı xətt” keçildi və konsensusa nail olundu.

 

Aİ rəsmisi onun özünün qırıcı təyyarələrin tədarükünü dəstəkləyib-dəstəkləməməsi barədə suala belə cavab verib:

 

“Mənim vəzifəm konsensusa nail olmağa çalışmaqdır”.

Mənbə

Share: