
Böyük Britaniya diplomatlarına İsraili tərk etmək tövsiyə olunub.
Bu barədə Britaniyanın “Sky nuys” telekanalı məlumat yayıb.
Diplomatlara ailələri ilə birlikdə İsraili tərk etmək məsləhət görülüb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatalara görə, 1 300 nəfər ölüb, 3300 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.