Böyük Britaniyada avtomobil satışları son altı ildə ən aşağı səviyyəyə düşüb

Böyük Britaniyada avtomobil satışları son altı ildə ən aşağı səviyyəyə düşüb

Ötən il Böyük Britaniyada avtomobil satışları Brexit prosesindəki qeyri-müəyyənliyinə görə son altı ildəki ən aşağı səviyyəyə düşüb.

AZƏRTAC xəbər verir ki, 2019-cu ildə Britaniyada satılan yeni avtomobillərin sayı 2013-cü ildən bu yana ən aşağı səviyyəyə düşüb.

İstehlakçıların dizel nəqliyyat vasitələrinə qoyduğu məhdudiyyətlər və Brexitə görə davam edən iqtisadi qeyri-müəyyənlik satışların aşağı düşməsinə səbəb olub. Britaniya yeni nəqliyyat vasitələri üçün Avropanın ikinci ən böyük bazarıdır.

Avtomobil istehsalçıları və ticarətçiləri cəmiyyətinin müvəqqəti məlumatlarına görə, yeni avtomobil qeydiyyatı 2019-cu ildə 2 faiz azalaraq 2,31 milyon olub. Bu 2016-cı ilin göstəricilərinə bərabərdir.

Share: