Böyük Britaniyada koronavirusla bağlı bütün məhdudiyyətlər qaldırılır

Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa görə tətbiq olunan bütün məhdudiyyətləri fevralın sonunda qaldıracağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, o, mövcud məhdudiyyətlərin bir ay əvvəl ləğv edilə biləcəyini bildirib. Daha əvvəl məhdudiyyətlərin martın 24-də qaldırılacağı açıqlanmışdı.

Rəsmi məlumatlara görə, dünən COVID-19 testi müsbət çıxanların sayı 66 min 183 nəfər olub. Xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 314 nəfərdir. Xəstəxanalarda ümumilikdə 1421 koronavirus xəstəsi müalicə alır.

Həmçinin Böyük Britaniyada 12 yaşdan yuxarı insanların təxminən 85 faizi peyvəndin ən azı iki dozasını qəbul edib.

Bununla yanaşı bu ay Böyük Britaniyaya gələnlər üçün qaydalar da yumşaldılacaq.

Fevralın 11-dən ölkəyə gələn peyvənd edilmiş şəxslərdən COVID-19 testi tələb olunmayacaq. Peyvənd olunmayanlar üçün evdə özünütəcrid şərti qaldırılacaq.

  • Rusiya şərtlərini AÇIQLADI: Ukrayna ilə gərginliyin azalması üçün…
  • 5 mindən çox erməni adını dəyişib
  • Tokioda güclü qar: 180-dən çox aviareys təxirə salınıb
Share: