Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Millətin Səsi.az xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə – 144 nəfər köçürülüb.
Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


