Böyük razılaşma yaxınlaşır: Türkiyə üçün müsbət irəliləyiş

Böyük razılaşma yaxınlaşır: Türkiyə üçün müsbət irəliləyiş

Türkiyənin “Eurofighter Typhoon” döyüş təyyarələrinin alınması ilə bağlı Böyük Britaniya və Almaniya ilə apardığı danışıqlarda irəliləyiş müşahidə olunur.

Milletinsesi.az xəbər verir ki, Britaniyanın İstanbul Baş Konsulu Kenan Poleo görüşlərin müsbət atmosferdə davam etdiyini açıqlayıb.

O qeyd edib ki, iki ölkə arasında bu mövzuda qarşılıqlı iradə mövcuddur və razılaşmanın əldə olunması üçün texniki və diplomatik təmaslar davam etdirilir. Konsul bildirib ki, həm Böyük Britaniya, həm də Almaniya Türkiyə ilə əməkdaşlıqda qərarlıdır.

Qeyd edək ki, Türkiyə hazırda ABŞ-dan F-16 təyyarələrinin alınması ilə yanaşı, “Eurofighter Typhoon” alternativi üzərində də işləyir. Təyyarələrin alınması NATO çərçivəsində Türkiyənin hava qüvvələrinin modernizasiyası baxımından strateji əhəmiyyət daşıyır.

Share: