BQXK-nin 5 maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz keçdi

BQXK-nin 5 maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz keçdi

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Belə ki, 5 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.

 

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Mənbə

Share: