
“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bir əməkdaşı belə 44 günlük Vətən müharibəsi zamanı döyüş ərazisinə yaxın getməyib”.
Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu məsələ yalnız atəşkəs əldə ediləndən sonra həyata keçirilir: “İtkin düşmüş şəxslərin ərazidən götürülməsi tərəflərin razılığı ilə baş tutur”.