BQXK-ya məxsus avtomobillər aksiya keçirilən ərazidən Laçın istiqamətinə keçib

BQXK-ya məxsus avtomobillər aksiya keçirilən ərazidən Laçın istiqamətinə keçib

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın istiqamətinə maneəsiz keçid edib.

BQXK-ya məxsus avtomobil karvanı 1 yük, 8 minik avtomobilindən ibarət olub. Minik avtomobillərində erməni əsilli sakinlər də olub.

Mənbə

Share: