Bravonun yeni klubu – Rəsmi

“Mançester Siti”dən ayrılan Klaudio Bravonun yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, 37 yaşlı qapıçı karyerasını “Betis”də davam etdirəcək. Bu barədə İspaniya klubunun saytı məlumat yayıb. Çilili qolkiperlə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2016-cı ildən “Mançester Siti”də oynayan Bravo müqaviləsinin müddəti başa çatdığı üçün bu ay klubdan ayrılmışdı. O, İngiltərə təmsilçisində ümumilikdə 61 matçda iştirak edib.

Share: