Braziliyada qadın futbolçularla bağlı vacib qərar

Braziliya Futbol Federasiyası futbolda ayrı-seçkiliyin qarşısını almaq məqsədi ilə önəmli qərar verib.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, federasiya qadın və kişi milli komandalarının oyunçularına eyni məbləğdə pul veriləcəyini açıqlayıb. Bütün oyunçulara hazırlıq və matç günlərində eyni miqdarda pul və mükafat veriləcək.

Qeyd edək ki, daha əvvəl Avstraliya, Norveç və Yeni Zelandiyada qadın və kişi futbolçulara eyni məbləğdə pul verilməsinə qərar verilib.

Share: