Dünya bazarlarında neft qiymətləri yenidən artıb.
Milletinsesi.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin noyabr müqaviləsinin dəyəri 0,51 artaraq 1 barelə görə 91,35 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,01% artaraq 85,11 dollar olub.