Britaniya daha 4 rus oliqarxı “qara siyahı”ya saldı

Böyük Britaniya daha 4 rusiyalı oliqarxı sanksiya siyahısına daxil edib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Polad istehsalı ilə məşğul olan “Evraz” şirkətinin keçmiş top-menecerləri Aleksandr Qriqoryeviç Abramov və Aleksandr Vladimiroviç Frolovun adı “qara siyahı”ya salınıb.

Britaniya hökumətinin bəyanatında bildirilir ki, Rusiyanın nəqliyyat və tikinti şirkəti “OAO Tatavtodor”un baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ayrat Mintimeroviç Şaymiyev, “AO TAIF” Şirkətlər Qrupunun baş icraçı direktoru Albert Kaşafoviç sanksiya siyahısına əlavə edilib.

Qeyd edək ki, Britaniya Ukraynada müharibə başlayandan bəri ümumi sərvəti 120 milyard funt-sterlinqdən çox olan 120 oliqarx daxil olmaqla 1200 Rusiya vətəndaşına sanksiya tətbiq edib.

 

Mənbə

Share: