Britaniya İrana sanksiya tətbiq edəcək

Britaniya İrana əlavə sanksiyalar tətbiq edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli məlumat verib.

 

O bildirib ki, Ukraynada mülki hədəflərə və kritik infrastruktura hücumda istifadə üçün Rusiyaya pilotsuz uçuş aparatları verən İrana əlavə sanksiyalar elan edəcək.

 

“İrana BMT-nin qətnamələrini pozmağa icazə verilə bilməz”, – Kleverli “Twitter”də bildirib.

 

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı (Aİ) artıq İrana sanksiyalar tətbiq edib.

 

Akif İsmayılov

Mənbə

Share: