
Britaniya Hərbi Dəniz Qüvvələri keçən ay Oman körfəzində İranın qaçaqmalçılıq yolu ilə daşıdığı silah və sursatları ələ keçirib.
Modern.az xəbər verir ki, bu barədə bu gün Böyük Britaniyanın Kral Donanması məlumat yayıb.
Qeyd olunur ki, aşkarlanan gəmi İranın ərazi sularına üz tutmağa cəhd edib, lakin onun qarşısı alınıb. Gəmidən tank əleyhinə raketlər tapılıb.
Britaniya silahların ələ keçirilməsi barədə BMT-yə məlumat verib.