
Britaniya hökuməti Ukraynanın işğal olunmuş ərazilərində keçirilən qondarma “referendumlar”da iştirak edən şəxslərə qarşı sanksiya tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiyalar ümumilikdə 92 nəfərə şamil edilib. Siyahıda hərbçilər, Rusiyanın işğal olunmuş Ukrayna ərazilərinə təyin etdiyi nümayəndələr və oliqarxlar var.
Rusiyada yaşayan həmyerlimiz, milliyətcə yəhudi olan, Quba rayonunun məşhur Qırmızı qəsəbəsində dünyaya gəlmiş iş adamı, adı “Forbes”in milyaderlər siyahısında yer alan Qod Nisanova sanksiyalar tətbiq edilib. Bundan əvvəl həmyerlimiz ABŞ-ın “qara siyahı”sına düşüb.
Britaniyanın xarici işlər naziri Ceyms Kleverli saxta “referendum”un beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsini açıq şəkildə pozduğunu bildirib.
Akif İsmayılov