Britaniya Ukraynanı mina faciəsindən qoruyacaq

Böyük Britaniya Ukraynaya 1000 ədəd minaaxtaran təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Böyük Britaniyanın daha bir yardım paketi Ukraynaya qanuni torpaqlarını geri alarkən binaları və əraziləri təhlükəsiz şəkildə minalardan təmizləməyə kömək edəcək”, – nazirlikdən bildirilib.

 

Məlumata görə, indiyədək Ukrayna Silahlı Qüvvələrinin 11 mindən çox döyüşçüsü krallıqda təlim keçib.

 

Həmçinin qeyd olunub ki, 2023-cü il ərzində daha 20 min Ukrayna əsgəri Britaniyada təlimə cəlb olunacaq.

Mənbə

Share: