
Britaniya Ukraynaya “Sea King” helikopteri təhvil verib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksey Reznikov özünün “Twitter” hesabında məlumat yayıb.
Onun sözlərinə görə, helikopter Qara dəniz yaxınlığında Ukrayna ordusuna təhvil verilib. “Biz birlikdə bütün Avropada dənizləri və torpaqları qoruyacağıq”, – Reznikov yazıb.
Qeyd edək ki, Britaniya Ukraynaya 3 ədəd bu helikopterdən təhvil verəcəyini açıqlayıb. “Westland WS-61 Sea King” helikopterləri kəşfiyyat və axtarış-xilasetmə əməliyyatları üçün istifadə edilə bilər. Hazırda onların buraxılışı dayandırılıb. Helikopterin bazar qiyməti 5,9 milyon dollardır.
Sea King from the UK has arrived in its new kingdom near the Black Sea in Ukraine!
It is a strong reinforcement for the Ukrainian Navy. Our cooperation will continue to increase.
Thank you to @BWallaceMP
Together, we will secure the seas and lands across all of Europe! pic.twitter.com/Qf4mF2vp8L— Oleksii Reznikov (@oleksiireznikov) January 21, 2023
Akif İsmayılov