
Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Liz Trassın istefasına münasibət bildirib.
Modern.az xəbər verir ki, o, Britaniyada siyasi sabitliyin vacibliyini vurğulayıb.
“Biz hər şeydən əvvəl sabitlik istəyirik”, – deyə Makron Brüsseldə Avropa İttifaqının sammitinə gələrkən jurnalistlərə bildirib.
O, Trassın istefasından kədərləndiyini qeyd edib: “Şəxsi müstəvidə bir həmkarımın getdiyini görəndə həmişə kədərlənirəm”.
Akif İsmayılov